Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Yenicag.az-a verlən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Bakıda Xətai rayonunda yanğın hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində 2 mərtəbəli yaşayış binasında baş verib.
Binada olan 1 nəfər tüstüdən zəhərlənib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.