Bakıda yarımstansiyadan 12 ton yağ oğurlandı

Xəzər rayonunda yarımstansiyadan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonun Qala qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən yarımstansiyaların birindən 12 ton yağ oğurlamağa görə Bakı şəhər sakinləri – S.Hüseynov, E.Kərimov, Ə.Rzayev və Şəmkir rayon sakini V.Məmmədli şübəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.