Bakıda yaşayış binası yandı: 12 nəfər təxliyyə edildi

15665Bu gün Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binada yanğın olub.

Binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb(Qaynar.info).