Bakıda yaşayış binasında lift qırıldı: Xəsarət alanlar var

Bakıda yaşayış binasında lift qırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər.

Bildirilib ki, metronun “Həsi Aslanov” stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftdə qəza baş verib.

Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.

Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.

COP29