Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın olub.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik açarı, altıncı və yeddinci mərtəbələr arasında 7 p.m elektrik kabeli yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.