Bakıda yaşayış binasında yanğın – 15 sakin təxliyə edildi

Bakıda yaşayış binasında yanğın baş verib.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yoxdur) baş verib. Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.