Bakıda yaşayış binasında yanğın: 20 nəfər təxliyə edildi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yenicag.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, xəsarət alan olmayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.