Bakıda yaşayış binasında yanğın – 20 sakin təxliyə olundu

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.