Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Bakıda yaşayış binasında yanğın - 30 nəfər təxliyyə olundu

Bakıda yaşayış binasından yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.

30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

932
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM