Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 810 m² olan dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən yenicag.az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.