Bakıda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 146 m² olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd dolab və döşəmə 1 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.