Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

Bakı yanğın qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində karton taralar 6 m² sahədə yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.