Bakıda yaşayış binasında yanğın hadisəsi olub.
Bu barədə Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 kvadrat metr sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.