Bakıda yaşlı qadın qonşuları tərəfindən döyüldü

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Piriyeva Dilşad İman qızı qonşuları tərəfindən döyülüb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.