Bakıda yaşlı qadını maşın vurdu

Bakının Xətai rayonunda yaşlı qadını avtomobil vurub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə 1975-ci il təvəllüdlü Hüseynova Səbinə Barat qızı Əhmədli qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Yol-nəqliyyat hadisəsini minik avtomobilinin sürücüsü törədib. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.