!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yataqxana yanır  - Bir nəfər özünü binadan atdı

!Reklam – Yazi

Bakıda Babək prospektində yerləşən yataqxana yanır.

Yenicag.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 5-ci mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində binanın damında meydana gələn yanğın söndürülüb.

www.yenicag.az

11785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv