Qaradağ rayonunda yataqxana yanır.
Yenicag.az xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Yataqxana binasında başlayan yanğın qısa müddətdə güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri çağırılıb.
FHN-dən verilən məlumata görə, aidiyyəti üzrə əraziyə briqada göndərilib:
“Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür”./oxu.az/