Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda yataqxanada yanğın: yaralananlar var - FOTO + VİDEO

Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə 39 ünvanında yerləşən yataqxanada elektrik qısaqapanmasından baş vermiş yanğın zamanı 5 nəfər müxtəlif dərəcəlli xəsarət alıb.

Yenicag.az Report-a istinadla xəbər verir ki, xəsarət alanlardan biri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşıdır. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər 4 xəsarət alana isə ambulator yardım göstərilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar binanın sakinləri təxliyə edilib. Alovun söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Əlavə olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qeyd edək ki, artıq binanın birinci, ikinci, üçüncü və dördüncü mərtəbələrinin sakinləri mənzillərinə qayıdıblar. Hadisə zamanı binanın 5-ci mərtəbəsindəki 3 mənzil tamamilə yanıb.

Yenicag.az

www.yenicag.az

485
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM