!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yenə polislər döyüldü

!Reklam – Yazi

131941_res_01Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən “Oazis” restoranında dava salan şəxslər barəsində cinayət işi başlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 234-cü (narkotik) cinayət işi başlanılıb, araşdırılma aparılır.

* * *

Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən və artıq məşhur olan “Oazis” restoranında əsl döyüş filminin ssenarisi reallaşıb.

Belə ki, martın 5-də saat 23-da restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elçin Əli oğlu dava salıblar. Dava zamanı polis əməkdaşlarını döyən sərxoşlar, onların xidməti formasının paqonlarını qoparıblar.

Bu barədə sputnik.az-a Binəqədi Rayon Polis İdarəsindən bildiriblər.

Məlumata görə, yerli polis əməkdaşları – 1994-cü il təvəllüdlü Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov asayişi pozanları sakitləşdirməyə çalışıblar.

Amma sakit olmaq əvəzinə xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Ancaq saxlanılan şəxslər orda da sakit dayanmayıblar.

Bölmənin qarşısında onlar “Fiat Doblo” markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü – 1987-ci il təvəllüdlü Bakı sakini Məmmədov Nicat Nazim oğlu özü polis bölməsinə gələrək serjant Cahid Mahmudovu döyüb. Nəticədə polis hər üç davakarı barmaqlıq arxasına salıb.

Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv