Bakıda yeni keçid yaradılır

bilgeh_sumgayit_road_210714_3Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən yeni tədbirlərdən biri də Yusif Səfərov və Babək prospektindən gələn nəqliyyat vasitələrinin hərəkətinin kəsişməsini aradan qaldırmaq məqsədilə Yusif Səfərov küçəsində dönmə əməliyyatı etmək üçün keçidin yaradılmasıdır.

Bununla da Babək prospektindən Koroğlu Rəhimov və Xətai prospektlərinə nəqliyyatın normal hərəkəti təmin olunacaq.

Belə ki, Babək prospektindən tunel vasitəsilə Yusif Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələri dönmə əməliyyatı edərək yenidən Koroğlu Rəhimov küçəsinə və Xətai prospektinə hərəkət edə biləcəklər.

Qeyd edək ki, keçidin yaradılması üçün işlərə bayram günlərində başlanılacaq(apa).