Bakıda yeni marşrut xətti işə düşdü

Bakıda yeni marşrut xətti işə düşüb.

Bu barədə Yenicag.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, bu gündən 4 nömrəli müntəzəm marşrut xətti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətindədir.

Qeyd edək ki, bu, N.Nərimanov – Ağ şəhər yaşayış sahəsi üzrə yeni marşrut xəttidir.