Bakıda yeni metro stansiyası açılır

Şərti adı “B3” olan metro stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

“B3” metro stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.