!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yeni metro stansiyası tikiləcək – Foto

!Reklam – Yazi

metrobaki (2)Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən Metropolitenin mövcud Yaşıl xəttinin (“Şah İsmayıl Xətai” – “Dərnəgül” stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərtac-a “Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən bildirilib.

“Şah İsmayıl Xətai” stansiyasından tikilməkdə olan “Həzi Aslanov 2” stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır. Bu stansiyalardan biri “Bakı Ağ Şəhər” layihəsinin ərazisində planlaşdırılıb.

Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır.

Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.

 

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv