!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yeni qadağa-Foto

!Reklam – Yazi

30394Bakının mərkəzi küçələrində yaşayış binalarının divarlarına yeni elanlar vurulub. Bu elanlarda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasının qadağan edildiyi bildirilir.

Yenicag.az-ın  virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu elanlar dünəndən etibarən paytaxtın mərkəzi küçələrindəki binaların üstünə vurulub. Sakinlərin müxbirimizə verdiyi məlumata görə, mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilib.

Elanın mətninin altında “Müdiriyyət” sözü yazılıb. Sakinlərdən əldə etdiyimiz məlumata görə, elanlar Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vurulub.

Qeyd edək ki, balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.

Belə güman edilir ki, BŞİH bu addımı iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq məqsədi ilə atıb. Meriya paytaxtda onun estetik görünüşünə xələl gətirə biləcək mənzərələrin olmamasına bu yolla çalışır.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv