Bakıda yeni söküntü prosesinə başlanılır – VİDEO

Bakıda növbəti köçürülmə prosesinə başlanılacaq.

Söhbət paytaxtın Yasamal rayonu ərazisindən gedir.

“İnşaatçılar” metro stansiyası üzərindəki qəzalı beşmərtəbəli binalar söküləcək.

Yasamal Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xəqan Teymurovun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tərəfindən qəzalı binaların siyahıya alınması ilə bağlı tapşırıq verilib. İstismar müddəti bitmiş qəzalı binalar siyahıya alınıb və artıq aidiyyəti üzrə təhvil verilib.

Xəqan Teymurov qeyd edib ki, sakinlərin köçürülməsi istiqamətində iş adamları ilə danışıqlar aparılacaq. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilsələr, sakinlər həmin binada yeni təmirli mənzillərlə təmin olunacaqlar və yaxud da sakinlərə kompensasiya ödəniləcək.