Bakıda yeni tikiləcək 10 metro stansiyası bunlar ola bilər

Prezident bu ildən etibarən 10 metro stansiyasının tikiləcəyi barədə məlumat verdi.

Yenicag.az xəbər verir ki, bunu inşaatçı-mühəndis Azər Axundov deyib.

O bildirib ki, 2 ay əvvəl Prezidentə təqdim edilən sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə “Həzi Aslanov” stansiyasına kimi uzadılması daxildir.

“Yəni, bənövşəyi xətt üzrə “B4”-“B5”-“B?”-“B6”-“B7”-“B8” stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə “Y14”-“Y15”-“Y16”-“Y17” stansiyaları (toplam 4 stansiya) tikilməlidir. “B?” stansiyası “Sahil” stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün “B?” olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, “Dərnəgül” deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik. Xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir”.