Bakıda yeniyetmə itkin düşdü

Bakıda 15 yaşlı gənc itkin düşüb.

Yenicag.az xəbər verir ki, Binəqədi qəsəbə sakini Quliyev Ramil Muğbil oğlu 26.10.2022-ci il tarixində 43-cü Polis Bölməsinə müraciət edərək onunla eyni ünvanda yaşayan oğlu, 2007-ci il təvəllüdlü Quliyev İbrahim Ramil oğlunun oktyabrın 25-i saat 15 radələrində yaşadığı evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis Bölməsinin 43-cü Polis Bölməsində araşdırma aparılır./Pravda.az/