Bakıda yeniyetmə qız dəm qazının qurbanı oldu

Bakıda yeniyetmə qız dəm qazından ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Yeniyetmə qızın meyiti hamamda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

COP29