Bakıda 16 yaşlı gənc qızı avtomobil vurub.
Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 2006-cı il təvəllüdlü Baxşəliyeva Mehriban Elşən qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.