Bakıda yeniyetmə sürücü piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, Nizami rayon ərazisində 2005-ci il təvəllüdlü Aləm Əsədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada keçidində 1986-cı il təvəllüdlü Qasım Zeynalovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.