Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda yerüstü metro nə zaman istifadəyə veriləcək?

Bakı Metropoliteni Xocəsən qəsəbəsində Bənövşəyi xəttin elektrik deposunun inşası çərçivəsində yerüstü stansiyanın tikintisini davam etdirir.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyanın vestibül, platforma səviyyəsində tikintisi plana uyğun aparılır:

“Tunelə qədər yol infrastrukturunun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır. Ümumən gələn ilin sonuna qədər stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Hazırda işlərin axarı qeyd edilən müddətə işlərin yekunlaşdırılması ilə bağlı problemlərin müşahidə olunmayacağını göstərir”.

 

www.yenicag.az

209
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100