İyunun 5-də axşam saatlarında Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında avtomobil yolunun çökməsi nəticəsində qaz təsərrüfatına ziyan dəyib.
Bu barədə Yenicag.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qaz istismarı Departamentinin balansında olan diametri 315 mm olan polietilen yeraltı orta təzyiqli qaz kəmərinin təxminən 10-12 metrlik hissəsi deformasiyaya uğrayıb.
Qaz sızması yoxdur, qaz təminatında fasilə yaranmayıb.