Abşeron rayonu Qobu qəsəbəsi ilə Hökməli qəsəbəsinin kəsişməsindəki yolun kənarı zibilliyə çevrilib.
Bu barədə Yenicag.az-a sakinlər şikayət ünvanlayıblar.
Qeyd olunur ki, sözügedən əraziyə yük maşınları ilə zibil daşınır və bələdiyyə bu zibilləri elə yolun qırağındaca yandırır.
Ərazidə antisanitar vəziyyətin hökm sürdüyünü videodan da görə bilərsiniz: