Bakıda yol kənarında bədənində döymələr olan kişi meyiti tapıldı

Bakı şəhərində bədənində çoxsaylı döymələr olan kişi meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, iyulun 17-də paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində, yol kənarında 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. İdman paltarında olan həmin şəxsin bədənində çoxsaylı döymələr olub. Belə ki, onun kürəyində rusca yazı, bulud üzərində qandallı qadın təsviri, sol bazunun bayır səthində hörümçək toru təsviri, sol said tərəfdə qızılgül təsviri, sağ bazu tərəfdə hörümçək toru təsviri, sağ said səthində tikanlı məftil təsviri, döş qəfəsinin ön səthində pələng təsviri, sol budun ön səthində baş skletinə sancılmış xəncər təsviri, sol baldırın yuxarı ön səthində yanan-əriyən şam təsviri, sağ baldırın orta bayır səthində kəlləyə sancılmış xəncər təsviri, sağ baldırın aşağı ön hissəsində ayaq pəncəsinə doğru iynəsini qaldırmış əqrəb təsviri əks olunub.

Meyiti tapılan şəxsin ölüm səbəbi və şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir./APA/

COP29