Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda yol polisini yolu keçərkən maşın vurdu

Dövlət Yol Polisinin əməkdaşı avqustun 26-da Bakının Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Yenicag.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Elgün Əliyevin idarə etdiyi “Renault” markalı avtomobil saat 12:45-də Ziya Bünyadov prospektində yolu keçən polis əməkdaşı Ağazadə Rövşən Zahir oğlunu vurub.

Nəticədə xəsarət almış R.Ağazadə Daxili İşlər Nazirliyinin hospitalına çatdırılıb. Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, R.Ağazadə maşınla vurularkən xidmət başında olub. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

533
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100