!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yol polisinin iştirakı ilə zəncirvari qəza

!Reklam – Yazi

140218_res_01Xəzər rayonunda polis əməkdaşının da iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Bakı sakini, 1975-ci il təvəllüdlü Alim Zeynalov, “Qaz- 330202” markalı 90 AG 325 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

İdarəetməni itirən A.Zeynalovun maşını yol kənarında dayanan və orada xidmətdə olan Dövlət Yol Polis İdarəsinin polis serjantı, 1987-ci il təvəllüdlü Abbas Abbasovun idarə etdiyi BMW markalı, 99 YP 521 dövlət nömrə nişanlı avtomobilə dəyib.

Alim Zeynalov bunun ardınca Elşən Məmmədova məxsus “Mitsubishi Pajero” markalı və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Anar Aslanovun idarə etdiyi “TX 4 London” markalı avtomobilləri vurub.

Qəza zamanı A.Zeynalov bədən xəsarətləri alıb. Digər avtomobillərə də ciddi ziyan dəyib.(musavat.com)

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv