Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, Sabunçu rayonu Ramana qəsəbə ərazisində “VAZ 2107” markalı minik avtomobili yolu keçməyə çalışan 32 yaşlı qadını vurub.
Ağır xəsarət alan piyada vəfat edib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./Publika/