Bakıda yol qəzası baş verib – FOTOLAR

Axşam saatlarında Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, saat 18:30 radələrində Heydər Əliyev prospekti 22 ünvanı, Rəssamlıq Akaemiyasının yaxınlığında iki minik avtomobili toqquşub. Yol qəzası nəticəsində xəsarət alan olmayıb.

Hazırda yol polisi tərəfindən hadisə yerində araşdırma aparılır.

Gülşən Şərif