Bakıda yol qəzası – “Gənclik Mall”ın qarşısında tıxac yarandı

Bakıda daha bir yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, yol-nəqliyyat hadisəsi Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall” AVM-nin qarşısında) baş verib.

Hazırda qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur.