Bakıda yol qəzası – Nəqliyyatın hərəkətində sıxlıq yarandı – FOTO

Koroğlu Rəhimov küçəsi ilə Akademik Həsən Əliyev küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a məlumat verilib.

Məlumata görə, qəza səbəbindən sözügedən yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.