Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi verib.
Yenicag.az xəbər verir ki, Qala qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Cəfərov Fuad Fərhad oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.