Bakıda yol qəzası – Prospektdə sıxlıq yarandı – FOTO

Bakıda daha bir yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünə çatmamış – “20 Yanvar” dairəsi istiqamətində) baş verib.

Qəza nəticəsində ərazidə sıxlıq yaranıb.