Səhər saatlarında Bakıda yol qəzası baş verib.
Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, yol-nəqliyyat hadisəsi bir qədər əvvəl Tibilisi prospekti (Qlobus plazanın yanı) A.Bakıxanov küçəsi istiqamətində qeydə alınıb. Bu səbəbdən hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.