Bakıda yol qəzası prospektdə tıxac yaratdı – FOTO

Bakıda daha bir yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Bağırov körpüsündə (Koroğlu istiqamətində) yol-nəqliyyat hadisəsi baş verdiyindən sıxlıq müşahidə olunur.