Bakıda yol qəzası tıxac yaratdı

Bakıda yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, hadisə paytaxtın Nərimanov rayonunun Z.Bünyadov prospektində (Çermet körpüsü adlanan yer) baş verib.

Metronun “Koroğlu” stansiyası istiqamətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində həmin istiqamətdə sıxlıq müşahidə edilir.