Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.
Yenicag.az xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.
Hadisə nəticəsində Gərayov Ceyhun və onun qardaşı Gərəyov Coşqun ölüb.
Yaralı sərnişinlər – 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib./APA