Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaratdı

Bakıda gecə yolların buz bağlaması səhər saatlarında avtomobillərin sıxlığına səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtın Ziya Bünyadov prospekti hər iki istiqamətdə, Heydər Əliyev prospekti şəhər istiqamətində və Hava Limanı magistral yolu hər iki istiqamətdə sıxlıqdır: “Yolun buz bağlaması nəticəsində Zığ – Hava Limanı yolunda zəncirvari qəzalar da baş verib. Sürücülərdən xahiş edirik ki, bu cür hava şəraitini nəzərə alaraq yollarda ehtiyatlı olsunlar, sürət həddinə əməl etsinlər”.