Bakı şəhərində yolu keçən qadını maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Nurlan Hüseynov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən paytaxt sakini Türkan Əvəzzadəni vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.