Bakıda yolu zəbt edən restoran sahibi cəzalandırıldı – FOTO

Bakıda yolun hərəkət hissəsini zəbt edən restoran sahibi barədə tədbir görülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, paytaxt ərazisində yolun hərəkət hissəsini qanunsuz olaraq zəbt edən restoran sahibi barəsində qanuna müvafiq tədbirlər görülərək mövcud problem aradan qaldırılıb.