!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda itkin düşən məktəblilər tapılıb – YENİLƏNİB

!Reklam – Yazi

img2010759Bakıda itkin düşən məktəbli uşaqlar tapılıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, azyaşlılar Hövsan qəsəbəsində tapılaraq ailələrinə təhvil veriliblər.

Polisdən həmçinin bildirilib ki, itkin düşən uşaqlardan birinin nənəsi Hövsanda yaşayır. Uşaqlar da həmin ünvanda olublar.

 

***

Dünən Bakıda itkin düşən iki məktəblidən hələ də xəbər yoxdur.

Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları artıq uşaqların məktəbdən çıxaraq hansı istiqamətə getmələrini əks etdirən görüntüləri əldə edib.

Görüntülərdən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və “Dakar” dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci polis bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.

Polis görüntülərdən belə qənaətə gəlib ki, uşaqlar gərgin psixoloji durumda olmayıb və gəzə-gəzə məktəbdən uzaqlaşıblar.

İsmayıl Şəfiyev dərsə getməzdən əvvəl evdə özünə məxsus kassasından 100 manat götürüb.

Hazırda polis məktəblilərin axtarışını davam etdirir. Onların xarakterik əlamətləri və fotoları aidiyyatı idarələrə göndərilib.

Bildirilir ki, itkin düşən hər iki məktəblinin atası azərbaycanlı, anası isə rusdur.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv